BAKI,TurkicWorld
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranda hədəflərə endirilən zərbələrin növbəti görüntülərini yayıb.
TurkicWorld-ün məlumatına görə, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Paylaşımda ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin sözlərinə də yer verilib. O bildirib ki, İranın imkanları azalır.
Qeyd edək ki, yayılan görüntülərdə zərbələrin konkret hansı hədəflərə endirildiyi açıqlanmayıb.







