Son dəqiqə

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 5-ci Ümumtürk Köçəri oyunları

Türk Mədəniyyəti və İrsi Fondunun Youtube-da “TurkDiscovery” adlı yeni layihəsi Köçəri Oyunlarına həsr olunub

Bakı, TurkicWorld

Türk Mədəniyyəti və İrsi Fondunun Youtube platformasında “TurkDiscovery” adlı yeni layihəsi çərçivəsində növbəti buraxılışı bu il Qazaxıstanda keçiriləcək V Dünya Köçəri Oyunlarına həsr olunub

TurkicWorld xəbər verir ki, Türk Dünyasının qədim ənənələrini, mədəniyyətini və ruhunu yaşadan bu oyunlar, xalqımızın öz kimliyini qorumağa yönəlmiş canlı bir layihədir.

Artıq bu nadir hadisənin təfərrüatlarını "TurkDiscovery"nin rəsmi YouTube kanalından izləyə bilərsiniz.

İldə iki dəfə dünyanın dörd bir yanından gələn izləyiciləri bir araya gətirən Dünya Köçəri Oyunları, Türk Dünyasının mədəni və idman həyatında böyük önəm daşıyır. Bu möhtəşəm tədbir, türk xalqlarının əsrlər boyu yaşatdığı adət-ənənələrini və dəyərlərini geniş miqyasda çatdırır.

“TurkDiscovery”nin bu xüsusi buraxılışı, köçəri oyunlarının əhəmiyyətini və ildən-ilə artan populyarlığının səbəblərini araşdırır. Verilişdə Azərbaycan Respublikasının tanınmış siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov, Ümumdünya Etnosport Konfederasiyasının prezidenti Bilal Erdoğan, tarix elmləri doktoru Marat Absemetov, 5-ci Dünya Köçəri Oyunlarının Hazırlanması və Keçirilməsi Direktorluğunun rəhbəri Nail Nurov, Ümumdünya Etno Oyunlar Konfederasiyasının prezidenti Asxat Akibayev, Qırğız Respublikasının sabiq mədəniyyət, turizm və idman naziri Azamat Jamankulovun çıxışları yer alıb.

İzləyicilər bu xüsusi buraxılışda, köçəri həyatın aynası olan köçəri oyunlarının niyə hər il daha çox diqqət çəkdiyini, Türk dünyasının geniş coğrafiyasında mədəni birliyə və mənəvi bağların möhkəmlənməsinə necə töhfə verdiyini kəşf edəcəklər. Türk Dünyasının qədim irsinə səyahət etmək istəyən hər kəs üçün bu nadir məqamları qaçırmamağı tövsiyə edirik.

Mövzuya görə xəbərlər