Bakı. TurkicWorld:
Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına üzv olması vacibdir.
TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru doktor Nqozi Okonjo-İvealanı qəbul edərkən deyib.
O bildirib ki, qısa müddət ərzində İşçi Qrupunun iki iclası keçirilib.
Görüş zamanı yaşıl iqtisadiyyatın, elektron ticarətin inkişafı və rəqəmsal xidmətlərin ixracının artırılması sahəsində əməkdaşlığın qurulmasının vacibliyi də qeyd olunub.
“Beynəlxalq ticarətin tənzimlənməsi məsələlərində özbək ekspertlərinin potensialının artırılmasına xüsusi diqqət yetirilir.” - deyə Mirziyoyev bildirib.
Nqozi Okonjo-İveala Özbəkistanın təşkilata üzv olmaq səylərini dəstəklədiyini qeyd edib.
Hafiz Rufizoğlu