Britaniya Özbəkistanın ÜTT-yə üzvlüyünü dəstəkləməyə hazırdır

Britaniya Özbəkistanın ÜTT-yə üzvlüyünü dəstəkləməyə hazırdır

Bakı. TurkicWorld:

Böyük Britaniya danışıqlar aparmağa və Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü dəstəkləməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Londonda Özbəkistan diplomatları ilə Böyük Britaniyanın Ticarət və Sənaye Departamentinin nümayəndələri arasında keçirilən danışıqlar zamanı əldə edilib.

Məlumata əsasən, danışıqların yekununda Özbəkistandan olan sahibkarların və britaniyalı ekspertlərin iştirakı ilə Özbəkistan ixracının artırılması məqsədilə vebinarın keçirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, ÜTT-yə üzv ölkələrin nazirlərinin fevralın 26-29-da Əbu-Dabidə keçirilən 13-cü iclası çərçivəsində üç ölkə - Yaponiya, İsrail və Dominikan Respublikası ilə Özbəkistan arasında bazara çıxış haqqında protokollar imzalanıb.

X: Lamanasadli01