Tokayev Özbəkistana təşəkkür edib

Tokayev Özbəkistana təşəkkür edib

Bakı. TurkicWorld:

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, Tokayev Şavkat Mirziyoyevə və Özbəkistan xalqına böyük daşqınlar qarşısında göstərdikləri həmrəylik və dəstəyə görə dərin minnətdarlığını bildirib.

Prezidentlər daha sonra Qazaxıstan-Özbəkistan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

İkitərəfli münasibətlərin və regional səviyyədə əməkdaşlığın dinamik inkişafı vurğulanıb.

Dövlət başçıları regional və beynəlxalq gündəliyin ən aktual məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.