Son dəqiqə

Mikayıl Cabbarov Özbəkistan

Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Bakı. TurkicWorld:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.

"Özbəkistana işgüzar səfərimiz zamanı Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin qəbulunda olduq. Azərbaycan - Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edildi", - nazir bildirib.

Mövzuya görə xəbərlər