Bakı,TurkicWorld
Qazaxıstanın Türkiyədəki səfiri Erkebulan Sapiyev Türk Dövlətləri Ağsaqqallar Şurasının sədri, Türkiyə Respublikasının keçmiş baş naziri və parlamentin keçmiş sədri Binəli Yıldırm ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Türkiyəli siyasətçinin səfəri münasibətilə Qazaxıstan Respublikasının Türkiyədəki səfirliyinin binasında səmimi qarşılanma təşkil olunub.
Görüş zamanı tərəflər türk inteqrasiyasının daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Yıldırım ölkənin bir sıra rayonlarında baş vermiş daşqınlarla əlaqədar ilk növbədə Qazaxıstana və bütün qazax xalqına başsağlığı verib.Eyni zamanda, B.Yıldırım iki ölkə arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirib və qardaş dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsini arzulayıb.







