Qırğızıstan və Özbəkistanın demarkasiya komissiyasının növbəti iclası keçirilib

Qırğızıstan və Özbəkistanın demarkasiya komissiyasının növbəti iclası keçirilib

Bakı. TurkicWorld:

Özbəkistanın Namanqan şəhərində Qırğızıstan Respublikası və Özbəkistan Respublikası hökumət nümayəndə heyətlərinin işçi qruplarının növbəti iclası keçirilib.

TurkicWorld xəbər verir ki, görüş zamanı Qırğızıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası məsələləri müzakirə olunub.

Məlumata əsasən, sahə araşdırmaları aparılıb, Qırğızıstan-Özbəkistan dövlət sərhədinin delimitasiya xəttinin həmin əraziyə keçirilməsi ilə bağlı tapşırıqlar dəqiqləşdirilib.

Daha sonra müvafiq protokol imzalanıb.

Qeyd edək ki, işçi qrupların növbəti iclası Qırğızıstan Respublikası ərazisində baş tutacaq.