Bakı. TurkicWorld:
Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə 5-7 oktyabr tarixlərində Moskvaya rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, Moskvada iki dövlətin liderləri arasında danışıqlar aparılması, Özbəkistan prezidentinin Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə də görüşəcəyi gözlənilir.
Məlumata əsasən, görüşlərin gündəliyinə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin daha da dərinləşdirilməsi daxildir. Əsas diqqət ticarət-iqtisadi, investisiya, miqrasiya və humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək.
Bundan əlavə, rəsmi səfər çərçivəsində Özbəkistan prezidentinin Tatarıstana da səfəri gözlənilir, burada Tatarıstan Respublikasının Rəisi (rəhbəri) Rüstəm Minnixanov ilə danışıqlar aparılacaq.
Ləman Əsədli
Twitter: Lamanasadli01