Özbəkistan Səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Özbəkistan Səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Bakı, TurkicWorld:

Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Azərbaycanı 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin! Azərbaycana əbədi müstəqillik, suverenlik və ərazi bütövlüyü, regionda və dünyada yeni genişmiqyaslı qələbələr, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və sevinc arzulayıram", - deyə təbrikdə deyilir.