Türkmənistan İraqa qaz tədarük edəcək

Türkmənistan İraqa qaz tədarük edəcək

Bakı. TurkicWorld:

Türkmənistan İraqa qaz tədarük etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, Türkmənistan və İraq qazın alqı-satqı müqaviləsinin əsas kommersiya şərtləri haqqında protokol imzalayıblar.

Sənədə əsasən, beş il ərzində İran vasitəsilə İraqa ildə 9 milyard kubmetr türkmən qazı (gündə təxminən 25 milyon kubmetr) nəql ediləcək.

Türkmənistan dünya bazarlarına enerji təchizatının daha da şaxələndirilməsi siyasətini davam etdirmək niyyətindədir.