Bakı,TurkicWorld
19-20 dekabr 2024-cü il tarixlərində Pekində Çin-Qazaxıstan-Türkmənistan-İran marşrutunun inkişafı üzrə ekspert iclası keçirilib.
TurkicWorld xəbər verir, tədbirdə sözügedən xəttin 2024-cü il üzrə əməliyyat nəticələri ümumiləşdirilib və xəttin gələcək inkişafı üçün gözləntilər müzakirə edilib.
Cari ilin 11 ayının yekunlarına görə, sözügedən marşrut üzrə daşınan yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artıb.
Bu vəziyyət bazar iştirakçılarının bu sahəyə marağının artdığını və logistik xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini ortaya qoyur.
Görüş zamanı marşrutun inkişafının əsas elementlərinə, yüklərin çatdırılma sürətinin artırılmasına, gömrük prosedurlarının optimallaşdırılmasına və logistika proseslərinin sadələşdirilməsinə yönəlmiş müasir rəqəmsal texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilib.