Son dəqiqə

Suriya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK)

115 mindən çox suriyalı öz ölkələrinə qayıdıb - UNHCR

Bakı, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qonşu ölkələrdə məskunlaşan 115 mindən çox suriyalının öz ölkələrinə geri döndüyünü bildirib.

TurkicWorld xəbər verir ki,UNHCR tərəfindən verilən yazılı açıqlamada, 2024-cü il dekabrın 8-dən etibarən Türkiyə, İordaniya və Livan kimi qonşu ölkələrdən Suriyaya qayıdan insanların sayının 115 mini keçdiyi vurğulanıb.

Qeyd edilib ki, suriyalıların geri dönüşü ilə bağlı açıqlanan statistik məlumatlar ev sahibi ölkələrin ictimai məlumatlarına, Suriyanın miqrasiya xidmətləri ilə olan əlaqələrə və sərhəddə aparılan müşahidələrə əsaslanır.

UNHCR qaçqınların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə geri dönüş prosesini dəstəkləməyə davam edəcəyini bildirib.

Mövzuya görə xəbərlər