Son dəqiqə

Türkmənistan Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı Türkmənistana dəstəyini artırır

Bakı. TurkicWorld:

Asiya İnkişaf Bankı Türkmənistana dəstəyini artırır.

TurkicWorld-un məlumatına görə, Asiya İnkişaf Bankı (ADB) Türkmənistan üçün özəl sektorun inkişafına üstünlük verəcək yeni ölkə tərəfdaşlığı strategiyası hazırlayır. Bu məsələ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) vitse-prezidenti Şixin Çenin, yüksək vəzifəli Türkmənistan rəsmiləri ilə görüşündə müzakirə olunub.

"İqlim dəyişikliyi ilə mübarizə Asiya İnkişaf Bankının ən mühüm prioritetidir. Bank, Türkmənistana metan emissiyası probleminin həllində, enerji səmərəliliyinin və bərpa olunan enerji istehsalının yaxşılaşdırılmasında, iqlim dəyişikliyi ilə mübarizə üçün uzunmüddətli strategiyanın hazırlanmasında köməklik göstərməyə hazırdır",- deyə bank rəsmisi bildirib.

Məlumat üçün qeyd edək ki, Türkmənistan 2000-ci ildə Asiya İnkişaf Bankına qoşulub. Bank 2000-ci ildən bəri ölkənin enerji və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün təxminən 635 milyon dollar ayırıb.

Mövzuya görə xəbərlər