Kamal Kılıçdaroğlunun seçkilərdə qalib gəlməsi Türkiyənin təhlükəsizliyinə təhdid yaradır – Türkiyəli ekspert

Kamal Kılıçdaroğlunun seçkilərdə qalib gəlməsi Türkiyənin təhlükəsizliyinə təhdid yaradır – Türkiyəli ekspert

Bakı, TurkicWorld:

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun seçkilərdə qalib gəlməsi Türkiyənin milli təhlükəsizliyi və ərazi bütövlüyü üçün böyük təhdid yardır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyəli siyasi ekspert Can Acun öz sosial media hesabında bildirib.

“10 ildir ki, PKK terror təşkilatı və Suriya məsələləri üzərində işləyirəm. İdlibdən Azəzə, Babdan Afrinə qədər getmədiyim yer demək olar ki, qalmayıb. Bu barədə onlarla hesabat və təhlillər yazmışam. Seçkilərlə bağlı düşüncəm budur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uduzsa müxalifət Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qalib gəlsə PKK terror təşkilatı ABŞ-ın himayəsində dövlət quracaq. Daha sonra qazanc kimi təqdim etdikləri bu terror “dövlətini” Türkiyəyə gətirmək üçün səy göstərəcəklər. Bu halda, Türkiyənin milli təhlükəsizliyi və ərazi bütövlüyü üçün böyük təhdid yaranır”, - deyə o qeyd edib.

C.Acun onu da bildirib ki, 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinin məqsədlərindən biri də Türkiyəni Suriyadan çıxarmaq və PKK terror dövləti qurmaq idi, lakin prezident Ərdoğan çevrilişə “Fərat Qalxanı” əməliyyatına başlamaqla cavab verdi.

Onun sözlərinə görə, PKK terror təşkilatının ABŞ-ın himayəsi altında quracağı terror “dövləti”nin qarşısında ən böyük maneə məhz Ərdoğanın güclü siyasi iradəsi və Türkiyə Silahlı Qüvvələridir.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

Twitter: lamanasadli01