Bakı. TurkicWorld:
Liviyanın paytaxtı Tripoli ilə İstanbul arasında 25 ildən sonra gəmi səfərləri bərpa olunub.
TurkicWorld-un məlumatına görə, bu barədə Misrata Dəniz Vağzalı öz facebook hesabında paylaşım edib.
"Kevalay Queen" gəmisi İstanbula ilk səfərində, İstanbulun Zeyport Limanına getmək üçün Tripolidəki əş-Şiab Limanından ayrıldı", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, "Karanfil Group", "Kevalay Tourism" və Liviya Dəmir-Polad şirkəti (LISCO) ortaqlığı ilə 1 dekabr 2021-ci il tarixində Liviyanın Misrata şəhəri ilə İzmir arasında gəmi səfərləri başlayıb.
Aytac Əliyeva
Twitter: a_alieva_