Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Sudan

Ərdoğan ilə Sudan Suverenlik Şurasının sədri arasında telefon danışığı olub

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Sudan Suverenlik Şurasının sədri Əbdül Fəttah əl-Burhan arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Sudanda hərtərəfli danışıqlara başlamaq qərarı alınarsa Türkiyənin danışıqlara ev sahibliyi etməyə hazır olduğunu qeyd edib.

Bundan əlavə, Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi və təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə olunub.

Xatırladaq ki, Sudan Suverenlik Şurasının sədri Əbdül Fəttah əl-Burhan və həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Son məlumata görə, döyüşlər nəticəsində 500-ə yaxın dinc sakin həyatını itirib, 4 mindən çox insan yaralanıb, yüz minlərlə insan müxtəlif məntəqələrə köçmək məcburiyyətində qalıb.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər