Son dəqiqə

Türkiyə Ankara kibertəhlükəsizlik

Türkiyədə 20-ə yaxın vilayətdə kibertəhlükəsizlik əməliyyatı keçirilib

Bakı, TurkicWorld:

Türkiyənin paytaxtı Ankara mərkəz olmaqla 19 vilayətdə kibertəhlükəsizlik əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, əməliyyat nəticəsində 33 "RedHack" üzvü həbs edilib.

Məlumata əsasən, şübhəlilərin 450-si dövlət qurum və təşkilatlarına aid olmaqla ümumilikdə 10 min 17 internet saytını sındırıb.

Bundan əlavə, hakerlərin əksəriyyətinin DHKP/C, MLKP, TKP/ML və PKK terror təşkilatlarına üzv olmaq və ya onların təbliğatını aparmaqla bağlı cinayət qeydlərinin olduğu aydın olub. Şübhəlilərdən ikisinin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırıldı.

Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər