Son dəqiqə

Türkiyə NATO Mövlud Çavuşoğlu ABŞ Rusiya Ukrayna S-400

ABŞ Türkiyəyə Rusiyadan aldığı S-400-ləri Ukraynaya göndərməyi təklif edib

Bakı. TurkicWorld:

ABŞ Türkiyəyə Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə Sistemini Ukraynaya göndərməyi təklif edib.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qeyd edib.

"ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə Sistemini Ukraynaya göndərməyi təklif etsə də biz bu təklifi rədd etdik" - deyə nazir bildirib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin sentyabr ayında Türkiyə Rusiya Federasiyası ilə iki eskadrilya (4 batareya) S-400 Hava Hücumundan Müdafiə Sisteminin (HSS) “təcili ehtiyac” çərçivəsində tədarükü üçün 2,5 milyard dollarlıq müqavilə imzalayıb. Bu razılaşma ilə Türkiyə Rusiyadan S-400 alan ilk NATO ölkəsi olub.

1,3 milyard dollar dəyərində ilk S-400 donanması da daxil olmaqla hissələrin tədarükü 2019-cu ilin iyul ayından etibarən Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib

Mövzuya görə xəbərlər