Son dəqiqə

Binəli Yıldırım Türkiyə Qızıl Aypara Cəmiyyəti

QızılAy rəhbəri istefa etməlidir - Binəli Yıldırım

Bakı. TurkicWorld:

Türkiyənin Qızıl Aypara cəmiyyətinin rəhbəri istefa etməlidir.

TurkicWorld-un məlumatına görə, bu sözləri AK Parti Sədrinin birinci müavini Binəli Yıldırım deyib.

"İşini görməyən adama qarşı tədbir görülməlidir. Əks halda digər işçilərə qarşı haqsızlıq olar. QızılAyın 150 illik tarixi var. Məncə, quruma çox ziyan vurmadan QızılAy rəhbərinin istefa etməsi yaxşı olardı", - deyə Binəli Yıldırım qeyd edib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Türkiyə mediasında, Türkiyə Qızıl Aypara cəmiyyətinin rəhbəri Kerem Kınıkın ölkədə baş verən zəlzələlər zamanı çadırları vətəndaşlara satdığı iddia olunub.

Qeyd edək ki, Türkiyə Qızıl Aypara Cəmiyyəti ilk dəfə 11 iyun 1868-ci ildə "Osmanlı Yaralı və Xəstə Əsgərlərə Yardım Dərnəyi" adı ilə qurulub.

1947-ci ildə "Türkiyə Qızıl Aypara Cəmiyyəti" adlandırılıb. Mustafa Kamal Atatürk tərəfindən təşkilata “QızılAy” adı verilib.

Mövzuya görə xəbərlər