Son dəqiqə

Türkiyə Qızıl Aypara Cəmiyyəti Qəzza zolağı humanitar yardım Qəzza Beynəlxalq humanitar yardım Qəzzada jurnalistlərin ölümü Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzada müharibənin sonu

Türk Qızıl Ayparası Qəzzaya humanitar yardım göndərib

BAKI, TurkicWorld, Nailə Babazadə

Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra humanitar yardım karvanları bölgəyə daxil olmağa başlayıb. Türk Qızıl Ayparası bu çərçivədə bu gün Qəzzaya 5 yardım tırının çatdığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, qurumun verdiyi məlumata görə, göndərilən hər bir yardım tırı Qəzza xalqına həm maddi, həm də mənəvi dəstək daşıyır.

“Hər bir tır, qəlbimizdəki duaları, süfrələrimizdəki bərəkəti və millətimizin həmrəylik mirasını daşıyır. Atəşkəslə birlikdə yollar açıldıqca, ümid də böyüyəcək. Yardımlarımız sürətlənəcək və məzlum Qəzzə xalqının yaraları sarılacaq. Bu, bizim üçün bir vəzifədir – insanlıq ləyaqətinə, qardaşlığa və insani mirasımıza bağlılığın bir təzahürüdür. Qızıl Aypara, hər zaman olduğu kimi bu gün də ehtiyac sahiblərinin yanındadır.” - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, atəşkəs rejiminin tətbiqindən sonra bölgəyə ilk yardım göndərən beynəlxalq təşkilatlardan biri də Türk Qızıl Ayparası olub.

Mövzuya görə xəbərlər