Son dəqiqə

Binəli Yıldırım Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları ABŞ Azərbaycan Ermənistan liderlər görüşü Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh sazişi Azərbaycan-Ermənistan sülh sazişi 2025 Azərbaycan-Ermənistan razılaşması

Ermənistan - Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər - Bineli Yıldırım

BAKI, TurkicWorld

Ötən il Azərbaycanda, Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir.

TurkicWorld-in məlumatına görə, bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, gələn il NATO gələcək planları üçün Türkiyənin paytaxtı Ankarada toplantı keçirəcək. "Bu, regional oyunçuların qlobal müzakirələrə ev sahibliyi edə biləcəyini göstərir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr insanları mədəniyyət, iqtisadiyyat, bağlantı ətrafında birləşdirir. Bu layihələr BTC, TANAP, TAP və digərləri vasitəsilə Asiyanı Avropaya birləşdirir".

O bildirib ki, Ermənistan - Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər: "Bu nailiyyət təkcə milli maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi inkişafa yol açır.

Mövzuya görə xəbərlər