Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan təbii qaz

Türkiyədə 25 kubmetr Qara dəniz qazı əhaliyə ödənişsiz veriləcək

Bakı, TurkicWorld:

Türkiyənin Qara dəniz qazı əhaliyə verildikdən sonra 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq.

TurkicWorld xəbər verir ki, Türkiyə dövləti hər evin 130 lirəlik təbii qaz ehtiyacını qarşılayacaq.

Məlumata əsasən, 2026-cı ilə qədər daha 299 yaşayış məntəqəsinə təbii qazın verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yerli vaxtla saat 21:23-də Qara dəniz qazının istismara verilməsi mərasiminin keçiriləcəyi gözlənilir.

Aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Mövzuya görə xəbərlər