Sakarya kəşfiyyatdan ilk hasilata qədər dünyanın ən sürətli tamamlanan dəniz yatağıdır - Ərdoğan

Sakarya kəşfiyyatdan ilk hasilata qədər dünyanın ən sürətli tamamlanan dəniz yatağıdır - Ərdoğan

Bakı, TurkicWorld:

Türkiyənin Sakarya qaz yatağı kəşfiyyat prosesindən ilk hasilata qədər dünyanın ən sürətli tamamlanan dəniz yatağı layihəsidir, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Aprelin 16-dan etibarən dənizin altından magistral elektrik verilişi xəttinə qazın verilməsinə başlanılıb. Qaz hasilatını 3 il ərzində 40 milyon kubmetrə çatdıracağıq. III mərhələ başa çatdıqdan sonra bütün yaşayış evlərinin təbii qaz ehtiyacını ödəyəcək qədər qaz hasil ediləcək”, - deyə Türkiyə prezidenti əlavə edib.

Qeyd edək ki, Qara dəniz təbii qazının aprelin 18-də Filyos Təbii Qaz Emalı Müəssisəsində keçirilən ilk test mərhələsi uğurla tamamlanıb.

2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.