Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan təbii qaz

Qara dənizdən çıxarılan qaz təyinatı üzrə test edilib

Bakı, TurkicWorld:

Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində test edilib.

TurkicWorld xəbər verir ki, 20 aprel saat 20:23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qara dəniz qazının istismara verilməsi mərasiminin keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Mövzuya görə xəbərlər