Aprelin 9-da millətvəkili namizədlərinin siyahısını təqdim edəcəyik- Ərdoğan

Aprelin 9-da millətvəkili namizədlərinin siyahısını təqdim edəcəyik- Ərdoğan

Bakı,TurkicWorld:

Aprelin 9-da millətvəkili namizədlərinin siyahısını təqdim edəcəyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisi (TBMM) ilə Ədalət və İnkişaf Partiyasının (AK Parti) iclası zamanı bildirib.

O, həmçinin, siyahıda yeni şəxslərin adlarının olacağını bildirib.

Məlumat üçün bildirək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Keçiriləcək prezident seçkilərinə Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Eski Genç Partiyanın rəhbəri Cem Uzan, Vatan Partiyasının rəhbəri və 2018-ci il seçimlərində Vatan Partiyasının rəhbər namizədi Doğu Perinçek, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cümhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan, həkim və siyasətçi Serdar Savaş, Kamal Kılıçdaroğlu, Yeniden Rifah Partiyasının rəhbəri Fatih Erbakan, Türkiyənin Texnoloji İnkişaf Partiyasının (TEK Parti) rəhbəri Ahmet Özal namizədliyini irəli sürüb.