Ərdoğan Prezident seçkilərinə namizədliyini irəli sürəcək

Ərdoğan Prezident seçkilərinə namizədliyini irəli sürəcək

Bakı: TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 14 mayda keçiriləcək Prezident seçkiləri üçün namizədliyini sabah irəli sürəcək.

TurkicWorld-un məlumatına görə, Ərdoğan sabah Türkiyə saatı ilə 15:00-da Türkiyənin Ali Seçki Şurasına (YSK) rəsmi müraciət edəcək.

Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Keçiriləcək prezident seçkilərinə Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Eski Genç Partiyanın rəhbəri Cem Uzan, Vatan Partiyasının rəhbəri və 2018-ci il seçimlərində Vatan Partiyasının rəhbər namizədi Doğu Perinçek, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Eski Milliyetçi Hareket Partiyasının millət vəkili Sinan Oğan, həkim və siyasətçi Serdar Savaş namizədliyini irəli sürüb.

Twitter: @rufizoglu