Türkiyənin Milli Döyüş Təyyarəsi sınaqdan uğurla keçib

Türkiyənin Milli Döyüş Təyyarəsi sınaqdan uğurla keçib

Bakı. TurkicWorld:

Türkiyənin orijinal döyüş təyyarəsi olan Milli Döyüş Təyyarəsi (MMU) öz mühərrikləri ilə uçuş-enmə zolağına çıxaraq taksi sınağından uğurla keçib.

TurkicWorld-un məlumatına görə, 2016-cı ilin avqust ayının 5-i Müdafiə Sənayesi Rəyasət Heyətinin təşəbbüsü ilə Türk Aerokosmik Sənayesinin (TUSAŞ) əsas podratçısı tərəfindən həyata keçirilən Milli Döyüş Təyyarələri layihəsi uğurla davam edir.

2023-cü ilin mart ayının 18-də anqardan çıxış mərasimi keçirməsi planlaşdırılan MMU bu sınaqla atışa hazır olduğunu sübut edib.

Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin ən böyük layihəsi olan MMU-nun ilk uçuşunu 2026-cı ildə etməsi hədəflənsə də, bu tarix ötən həftələrdə 2023-cü ilin sonuna çəkilib.

3 MMU Block 0 prototipinin istehsalının 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

2029-cu ildən etibarən MMU Blok I konfiqurasiyasının istehsal fəaliyyətinə başlaması və 10 MMU Blok I A/C-nin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlanıb.

MMU-nun texniki xüsusiyyətləri:
Qanad genişliyi: 14 metr
Uzunluğu: 21 metr
Hündürlük: 6 metr
Maksimum Sürət: 1.8 Mach (1mach= 1226,5 km/saat)
Uçuş hündürlüyü: 55,000 fut

İlkin mərhələdə 4.5-ci nəsil olaraq xarakterizə ediləcək MMU-nun son mərhələdə 5-ci nəsil statusuna çatması hədəflənir.

Hazırda ABŞ istehsalı olan F-22 və F-35 döyüş təyyarələri 5-ci nəsil döyüş təyyarələri kimi, Rusiya istehsalı olan Su-57 və Çin istehsalı olan J-20 platformaları 5-ci nəsil statusuna çatmağı hədəfləyən 4.5-ci nəsil döyüş təyyarələri olaraq xarakterizə edilir.

Twitter: @rufizoglu