...

Türkiyədə baş verən dağıdıcı zəlzələnin iqtisadiyyata vurduğu ziyan 2 trilyon lirə olaraq hesablanıb

Türkiyə Digər xəbərlər 17 Mart 2023 17:21
TurkicWorld Sabir Alizade
Türkiyədə baş verən dağıdıcı zəlzələnin iqtisadiyyata vurduğu ziyan 2 trilyon lirə olaraq hesablanıb

Bakı, TurkicWorld:

Türkiyədə baş verən dağıdıcı zəlzələnin iqtisadiyyata vurduğu ziyan 2 trilyon lirə olaraq hesablanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə AzerPress Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinə istinadən bildirir.

Məlumata əsasən, bu rəqəm Türkiyənin 2023-cü il üçün ümumi milli gəlirinin doqquz faizinə bərabərdir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələlər nəticəsində ölənlərin sayı 49 mini keçib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti