Türkiyə ilə ABŞ arasında geosiyasi strateji dialoqa ehtiyac var - İbrahim Kalın

Türkiyə ilə ABŞ arasında geosiyasi strateji dialoqa ehtiyac var - İbrahim Kalın

Bakı, TurkicWorld:

Türkiyə ilə ABŞ arasında geosiyasi strateji dialoqa ehtiyac var. TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın Nyu York ştatında keçirilən ABŞ -Türkiyə İş Forumunda etdiyi çıxışı zamanı deyib.

Ankaranın bölgədəki rolunun mühim olduğunu qeyd edən Kalın bildirib ki, Türkiyə ABŞ üçün əvəzolunmaz ölkədir.

"İki ölkənin geosiyasi qlobal maraqları və NATO-dakı əlaqələrin strateji əhəmiyyəti əsasında daha çox sayda ABŞ Konqresi üzvünün Türkiyəyə səfərini gözləyir və ABŞ iş dünyasını iki ölkə arasında ticarət həcmini artırmağa dəvət edirik. Türkiyədə iş dünyasına sərmayə qoyan hər kəs hər zaman qazanır”- deyə İbrahim Kalın vurğulayıb.

Twitter: a_alieva_