...

Türkiyədə zəlzələ bölgəsində 300 mindən çox mənzil tikiləcək

Türkiyə Digər xəbərlər 27 Fevral 2023 16:37
TurkicWorld Sabir Alizade
Türkiyədə zəlzələ bölgəsində 300 mindən çox mənzil tikiləcək

Bakı. TurkicWorld:

Zəlzələ bölgəsində 309 min mənzil tikiləcək.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 374 nəfərə çatıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti