Türkiyədə baş verən zəlzələ nəticəsində yaralıların sayı 115 mini keçib - Ərdoğan

Türkiyədə baş verən zəlzələ nəticəsində yaralıların sayı 115 mini keçib - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyədə baş verən zəlzələ nəticəsində yaralıların sayı 115 mini keçib.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Təəssüf ki, yeraltı təkanların dağıdıcı təsiri, əlverişsiz hava şəraiti və zədələnmiş infrastrukturun gətirdiyi çətinliklər səbəbindən Adıyamanda ilk bir neçə gündə istədiyimiz fəaliyyəti həyata keçirə bilmədik. Baş verən zəlzələdə 115 mindən çox şəxs yaralı olaraq dağıntılar altından xilas edilib", - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 374 nəfərə çatıb.