Ərdoğan zəlzələ bölgəsindədir

Ərdoğan zəlzələ bölgəsindədir

Bakı, TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugün zəlzələdən böyük ziyan görmüş Adıyamanda yoxlama işləri aparır.

TurkicWorld-un məlumatına görə, Adıyamanda zəlzələdən zərər çəkənləri ziyarət edən prezident Ərdoğanı Milliyətçi hərəkat partiyasının sədri Dövlət Bağçalı müşayiət edib.

Məlumata görə O, Adıyamanın gölbaşı mahalında zəlzələdən zərər çəkmiş vətəndaşlarla görüşüb.

‘’Böyük fəlakətdən indiyədək 10 mindən çox yeraltı təkan yaşadıq, zəlzələdə 44 min 373 vətəndaşımız həyatını itirib. Hava və yol şəraitinə görə, dərhal Adıyamana çata bilmədik buna görə Adıyamandan üzr istəyirəm’’,-deyə o qeyd edib.

Hal hazırda zəlzələdən sonra 62 min 500 vətəndaş Adıyamanı tərk edib.