Misirin xarici işlər naziri 10 ildən sonra Türkiyəyə gəlir

Misirin xarici işlər naziri 10 ildən sonra Türkiyəyə gəlir

Bakı,TurkicWorld

Misirin xarici işlər naziri Sameh Şükri 10 ildən sonra Türkiyəyə gəlir. TurkicWorld-un məlumatına görə, nazir Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra başsağlığı vermək üçün Türkiyəyə gələcəyini açıqlayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 374 nəfərə çatıb.