Türkiyədə zəlzələ ilə bağlı 600-dən çox şəxs istintaqa cəlb olunub

Türkiyədə zəlzələ ilə bağlı 600-dən çox şəxs istintaqa cəlb olunub

Bakı. TurkicWorld:

Türkiyə güclü zəlzələdən sonra müxtəlif şəhərlərdə uçan binalarla əlaqəsi olan 600-dən çox insan barədə araşdırma aparılır.

TurkicWorld-un məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Onlardan 182 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar tikinti podratçısı, bina sahibləri və ya idarəçiləridir.

Türkiyə ədliyyə naziri Bəkir Bozdağın sözlərinə görə, hazırda yoxlamalar davam edir və bəzi hallarda binaların uçduğu yerlərdə yeni maddi sübutların tapılması cinayət işi üzrə istintaqa əsas verir.

Mütəxəssislər hesab edir ki, zəlzələdən sonra uçan bir çox bina və tikililər keyfiyyətsiz tikinti materiallarından istifadə olunmaqla tikilə bilərdi və dövlət standartlarına uyğun gəlmirdi.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.