Balıkəsir Universitetinin tələbəsi Misirdə qızıl medal qazanıb

Balıkəsir Universitetinin tələbəsi Misirdə qızıl medal qazanıb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin Balıkəsir Universitetinin İdman Elmləri Fakültəsinin tələbəsi milli güləşçi Kerem Kamal Misirin İsgəndəriyyə şəhərində keçirilən İbrahim Mustafa Sıralama Seriyasında yunan-roma güləş növündə 60 kiloqram çəki dərəcəsində qazaxıstanlı rəqibi Yernar Fidaxmetovu 9-0 məğlub edərək qızıl medal qazanıb.

Məlumat üçün bildirək ki, turnirə 1/4 finaldan başlayan Kamal Çinli Liquo Caonu 5-2 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.

Yarımfinalda qırğızıstanlı rəqibi Nurmukhammet Abdullaevlə qarşılaşan Kamal rəqibini 8-0 hesabı ilə məğlub edərək finala imza atıb.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.