Son dəqiqə

Türkiyə Qızıl Aypara Cəmiyyəti

Türkiyə Qızıl Aypara Cəmiyyətinin zəlzələdən zərər çəkənlərə yardımları davam edir

Bakı, TurkicWorld

Türkiyə Qızıl Aypara Cəmiyyətinin zəlzələdən zərər çəkənlərə yardımları davam edir. TurkicWorld-un məlumatına görə, Türk Qızıl Aypara Cəmiyyəti Elbistanda zəlzələdən zərər çəkənlərə hər gün 100.000 porsiya isti yemək paylayır.

Əlavə olaraq bildirək ki, Türk Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan mətbəxlərdə səhər, nahar və şam yeməyində zəlzələdən zərər çəkənlərə və zəlzələ bölgəsində çalışan bütün məmurlara peşəkar aşpazlar tərəfindən hazırlanan isti yeməklər verilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.

Mövzuya görə xəbərlər