Son dəqiqə

Türkiyə İraq Türkiyə Qızıl Aypara Cəmiyyəti

Türk Qızıl Aypara İraqda ehtiyacı olan ailələrə 9 ton qurbanlıq ət paylayacaq

BAKI, TurkicWorld

Bu il Türk Qızıl Aypara cəmiyyəti, İraq Qızıl Aypara cəmiyyəti ilə əməkdaşlıq edərək İraqda ehtiyac duyan ailələrə 9 ton qurbanlıq ət paylayacaq.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin İraqın Erbil şəhərinin Baş konsulu Erman Topçu qurban kəsimi tədbirində çıxış edərkən deyib.

O bildirib ki, Erbildə min ailəyə, Duhokda 250 ailəyə və Mosulda 600-dən çox ailəyə qurbanlıq ət çatdırılacaq.

"Bayramlar bizim ortaq mədəniyyətimizdə yardımlaşma və həmrəyliyin simvoludur. Biz də Türkiyə olaraq uzun illərdir ki, Türk Qızıl Aypara, TİKA və digər vətəndaş cəmiyyətləri təşkilatları vasitəsilə dünyanın hər yerində belə xeyriyyə fəaliyyətləri təşkil edirik. Təbii ki, Erbil və İraq bizim üçün çox xüsusi bir önəmə malikdir" - deyə, o vurğulayıb.

"Barzani Yardım Vəqfi, Türkiyədə böyük bir fəlakətə səbəb olan zəlzələdən dərhal sonra bölgəyə gələrək bizim yanımızda olmuşdu. Allah onların xeyirlərini artırsın. Başda cənab vali, İraq Qızıl Aypara cəmiyyəti, Barzani Yardım Vəqfi, Türk Qızıl Aypara cəmiyyəti olmaqla, bu qiymətli xeyriyyə fəaliyyətinin həyata keçirilməsində əməyi keçən hər kəsi bu fürsətlə salamlayıram. Qurban bayramınız mübarək olsun" - deyə, o əlavə edib.

Qeyd edək ki, tədbirə Türkiyənin Erbil Baş Konsulu Erman Topçu, Barzani Yardım Vəqfi Başçısı Musa Ahmed və Erbil valisi Ümit Hoşnav yanaşı Türk Qızıl Aypara İraq nümayəndəliyi rəsmiləri də qatılıb.

Mövzuya görə xəbərlər