Türkiyədə zəlzələdən zərər çəkənlərə ukraynalılar yardım göstərirlər

Türkiyədə zəlzələdən zərər çəkənlərə ukraynalılar yardım göstərirlər

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələdən zərər çəkən şəxslərə ukranyalılar yardım göstərirlər.

TurkicWorld xəbər verir ki, Ukraynalılar Türkiyənin Antalya şəhərində qaldığı otelin boş otaqlarını zəlzələdən zərər çəkənlər ilə paylaşıb.

“Ölkəmizdə müharibə olarkən Türkiyə bizə və uşaqlarımıza sahib çıxıb. İndi isə biz zəlzələdə evi dağılanTürkiyə vətəndaşlarını qaldığımız otellərdə qonaq edəcəyik”-deyə Ukraynanın Antalyadakı konsul vəkilik Sergii Kaian bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.