Türkiyədə zəlzələlər nəticəsində 600 minə yaxın mənzil dağılıb və ya zədələnib

Türkiyədə zəlzələlər nəticəsində 600 minə yaxın mənzil dağılıb və ya zədələnib

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələlər nəticəsində 600 minə yaxın mənzil dağılıb, ciddi zədələnib və sökülməlidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu "TRT" telekanalının efirində deyib.

"Kahramanmaraşda zəlzələlərin vurduğu zərərin qiymətləndirilməsi 75-80% tamamlanıb. Alınan məlumatlara görə, 600 000 ayrı-ayrı bina dağıdılıb, onlar təcili sökülməli və ya orta və ya ağır dərəcədə zədələnib", - deyə nazir bildirib.

S.Soylu qeyd edib ki, Hatay vilayəti zəlzələlərin episentrinin yerləşdiyi Kahramanmaraşdan qat-qat çox zərər çəkib. Zərər çəkən bütün vilayətlərdə 313 000 çadırlıq şəhərciklər artıq yerləşdirilib.