Son dəqiqə

Türkiyə İbrahim Kalın zəlzələ

Zəlzələdən zərər çəkən vətəndaşlarımıza yardımlar fasiləsiz olaraq davam edəcək - İbrahim Kalın

Bakı. TurkicWorld

Zəlzələdən zərər çəkən vətəndaşlarımıza yardımlar fasiləsiz olaraq davam edəcək.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

Məlumat üçün bildirək ki, Prezidentin sözçüsü İbrahim Kalın zəlzələ bölgəsində qurulan çadırların sayını paylaşıb.

İbrahim Kalının paylaşdığı statistikanı təqdim edirik:

-Hatay - 69.766
-Kahramanmaraş - 66.685
-Gaziantep - 49.670
-Adıyaman - 45.852
-Malatya - 25.380
- Adana - 17.515
- Şanlıurfa - 8.838
- Osmaniye - 7.170
-Diyarbakır - 6.328
- Kilis - 3.605

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 42 min 310 nəfərə çatıb.

Mövzuya görə xəbərlər