Seçkilər haqqında danışmaq hələ tezdir - Ərdoğan

Seçkilər haqqında danışmaq hələ tezdir - Ərdoğan

Bakı. TurkicWorld:

Ölkəmizin hazırda yaşadığı vəziyyəti nəzərə alaraq prezident seçkiləri barədə danışmaq tezdir. TurkicWorld-ün məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclası zamanı bildirib.

“Hazırda prioritetimiz zəlzələdən əziyyət çəkən millətimiz və zəlzələ bölgələridir. Biz əvvəlcə zərərçəkənlər üçün konteyner şəhərlərini tamamlamalıyıq, sonra isə daimi yaşayış yerlərinin tikintisi layihələrini həyata keçirməliyik”. - deyə Ərdoğan bildirib.

Məlumat üçün bildirək ki, Türkiyədə prezident seçkiləri bu ilin may ayının 14-ü keçiriləcək.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.