Bakı.TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türk Mədəniyyət Evinin qarşısında onu qarşılayan vətəndaşlarla görüşüb.
"Anadolu" agentliyinin məlumatına görə, Ərdoğan izdiham arasında valideynləri ilə birlikdə yağış altında dörd saat prezidentin gəlişini gözləyən uşağı görüb. O, təhlükəsizlik çəpərinin açılmasını istəyərək ailəni yaxınlaşmağa dəvət edib.
Uşaq çoxsaylı insanların olduğu izdihamdan qorxaraq ağlamağa başlayıb. Ərdoğan ona qızıl sikkə hədiyyə edib və valideynlərindən körpəni narahat etməməyi xahiş edib.
Uşağın atası Məhəmmət Ürkər ailəsinin Almaniyadan gəldiyini bildirib. O, Ərdoğanla görüşü "çox duyğulu an" adlandırıb.






