Bakı.TurkicWorld:
Azərbaycanın Çexiyaya neft ixracının dəyəri 9% artıb.
Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət gömrük statistikasına əsasən, yanvar-avqust aylarında Azərbaycandan Çexiyaya 1,060 milyon ton həcmində bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac olunub. İxracın dəyəri 712,8 milyon ABŞ dolları təşkil edib.
TurkicWorld-un hesablamalarına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 59,4 milyon ABŞ dolları və ya 9,1% çoxdur. Həcm ifadəsində isə ixrac 158 min ton və ya 13% azalıb. Hesabat dövründə Çexiya Azərbaycanın neftini idxal edən ölkələr arasında ikinci yeri tutub.
Qeyd olunur ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycandan Çexiyaya 1,218 milyon ton həcmində bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 653,4 milyon ABŞ dolları olub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-2025-ci illərdə Azərbaycandan Çexiyaya bitumlu süxurlardan alınmış neft və neft məhsullarının ixracının həcmi aşağıdakı kimi dəyişib:
|
İl |
İxrac həcmi |
İxrac dəyəri |
|
2021 |
479,5 min ton |
261,5 mln ABŞ dolları |
|
2022 |
1,194 mln ton |
919,9 mln ABŞ dolları |
|
2023 |
1,136 mln ton |
682,9 mln ABŞ dolları |
|
2024 |
1,770 mln ton |
1,082 mlrd ABŞ dolları |
|
2025 |
1,405 mln ton |
742,2 mln ABŞ dolları |
Qeyd edək ki, komitənin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanın neftini idxal edən ilk üç ölkəyə İtaliya başçılıq edir. İtaliyaya 5,226 milyard dollar dəyərində 8,471 milyon ton neft ixrac olunub. Sonrakı yerlərdə Çexiya (712,8 milyon dollar dəyərində 1,060 milyon ton) və Rumıniya (581,7 milyon dollardan çox dəyərində 924,9 min ton) qərarlaşıb.







