Son dəqiqə

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyədə yük daşımaları dəniz nəqliyyatı statistikası Türkiyə liman yük dövriyyəsi Nəqliyyat və İnfrastruktur Nazirliyi gəmiçilik sektoru Türkiyə logistika mərkəzi

Türkiyə limanları iyunda 46,9 milyon ton yük qəbul edib (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyun ayında Türkiyə limanlarında qəbul edilən yüklərin ümumi həcmi 46 milyon 915 min 914 ton təşkil edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, hesabat dövründə Türkiyə bayrağı altında üzən gəmilər vasitəsilə limanlara daşınan yüklərin həcmi 1 milyon 967 min 167 ton olub.

Bununla yanaşı, digər ölkələrin bayraqları altında fəaliyyət göstərən gəmilər vasitəsilə Türkiyə limanlarına 31 milyon 860 min 937 ton yük gətirilib.

Türkiyənin dəniz nəqliyyatı sektoru ölkənin xarici ticarətində əsas logistik kanallardan biri olaraq qalır. Ölkənin üç tərəfinin dənizlə əhatə olunması və strateji coğrafi mövqeyi Asiya ilə Avropa arasındakı yük daşımalarında Türkiyə limanlarının əhəmiyyətini artırır.

Mövzuya görə xəbərlər