Son dəqiqə

Türkiyə Milli Təhsil Nazirliyi Yusuf Tekin məktəbdə silahlı insident

Türkiyədə məktəblərdə təhükəsizlik tədbirləri artırılacaq

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyədə məktəblərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni tədbirlər görüləcək.

TurkicWorld xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində yeni qərarların hazırlandığını bildirib.

Nazir qeyd edib ki, bu tədbirlərin detalları yaxın günlərdə – cümə və ya bazar ertəsi ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, qərarlar son dövrdə məktəblərə qarşı baş verən hücumlar fonunda hazırlanır.

Yusuf Tekin çıxışında İstanbul və Kahramanmaraşda baş verən hadisələr zamanı həyatını itirənlərə başsağlığı verərək, yaralananlara şəfa diləyib. O bildirib ki, dövlət qurumları hadisələrin arxasında duran səbəbləri müəyyən etmək üçün geniş araşdırma aparır.

Nazir vurğulayıb ki, daxili işlər və ədliyyə qurumları ilə birlikdə proses nəzarətdə saxlanılır və məsul şəxslərin müəyyən edilərək cəzalandırılması istiqamətində tədbirlər görülür.

Eyni zamanda qeyd olunub ki, valideynlərin narahatlığını aradan qaldırmaq məqsədilə məktəblərdə qısamüddətli təhlükəsizlik tədbirləri artıq tətbiq edilir. Təhsil müəssisələrində təhlükəsizlik qüvvələrinin fəaliyyəti gücləndirilib.

Nazir əlavə edib ki, valideynlər uşaqlarının təhlükəsiz şəkildə təhsil almasına əmin ola bilərlər və məktəblərdə tədris prosesi nəzarət altında davam edir.

Analitiklər hesab edir ki, bu qərarlar Türkiyədə təhsil sistemində təhlükəsizlik yanaşmasının yenilənməsinə və daha sistemli modelin formalaşmasına səbəb ola bilər.

Mövzuya görə xəbərlər