Türkiyə İran ABŞ Rəcəb Tayyib Ərdoğan Tehran Vaşinqton

Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı mümkün hərbi eskalasiyanın region üçün ciddi risklər yaradacağını bildirib.

TurkicWorld xəbər verir ki, Ərdoğan İran ilə ABŞ arasında mövcud problemlərin yalnız dialoq yolu ilə həllinin tərəfdarı olduqlarını vurğulayıb.

Onun sözlərinə görə, Ankara hər iki ölkə ilə ən yüksək səviyyədə təmaslarını davam etdirir.

Türkiyə lideri qeyd edib ki, son olaraq İran Prezidenti ilə görüş keçirib, növbəti gün isə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparıb. Bu təmaslarda regional gərginliyin azaldılması və mümkün diplomatik yol xəritəsi müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə qarşıdurmanı dərinləşdirən deyil, körpü quran və sülhə zəmin yaradan ölkə mövqeyindədir. O vurğulayıb ki, “İranı hədəf alan yeni bir müharibə heç kimə heç nə qazandırmaz, əksinə, region itirər”.

Türkiyə Prezidenti əlavə edib ki, Ankara İrana qarşı hərbi müdaxiləyə qarşı olduğunu bütün tərəflərə çatdırıb və belə bir eskalasiyanın regionu daha böyük qeyri-müəyyənliyə sürükləyəcəyini izah etməyə davam edəcək. Dövlət başçısı diplomatiya qapısı açıq qaldıqca ümidin mövcud olduğunu və Türkiyənin bu ümidi qoruyaraq gücləndirəcəyini bildirib.

Mövzuya görə xəbərlər