Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan zəlzələ Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları

Şəhərlərimizi 3 il kimi qısa müddətdə yenidən ayağa qaldırdıq - Ərdoğan

BAKI, TurkicWorld,, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 fevral zəlzələlərinin üçüncü ildönümü münasibətilə sosial media hesabında video-müraciət paylaşıb. Dövlət başçısı fəlakətin ildönümündə həyatını itirənləri anaraq, şəhərlərin bərpası prosesi haqqında mühüm mesajlar verib.

TurkicWorld, xəbər verir ki, Prezident Ərdoğan paylaşımında 3 il əvvəl baş verən iki böyük zəlzələdə həyatını itirən vətəndaşları heç vaxt unutmayacaqlarını vurğulayıb.

"Onların xatirələrini qəlbimizdə və zehnimizdə daima yaşadacağımıza, əmanətlərinə sahib çıxacağımıza və zəlzələdə dağılan şəhərlərimizi təkrar ayağa qaldıracağımıza dair millətimizə söz verdik." - deyə Ərdoğan qeyd edib.

Verilən vədlərin yerinə yetirildiyini qeyd edən Ərdoğan bildirib ki, Türkiyə bu ağır sınağın öhdəsindən gəlməyi bacarıb.

Mövzuya görə xəbərlər