Son dəqiqə

Türkiyə ABŞ Rəcəb Tayyib Ərdoğan Ankara Vaşinqton Türkiyə ABŞ diplomatik əlaqələr Tramp

Ərdoğan bu gün Trampla görüşəcək

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Tramp ilə görüş keçirəcək.

TurkicWorld xəbər verir ki, görüşdə Rusiya–Ukrayna müharibəsinin gedişi, Qəzza zolağındakı son vəziyyət və Venesuelada baş verən proseslərin əsas müzakirə mövzuları olacağı gözlənilir.

Ərdoğan görüş barədə ilk açıqlamanı ötən cümə günü Cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən verib. O, Rusiya–Ukrayna müharibəsi ilə bağlı 2026-cı il perspektivlərinə dair sualı cavablandırarkən bildirib ki, beynəlxalq liderlərlə intensiv diplomatik təmaslar davam edir.

“Hazırda bildiyiniz kimi, istər cənab Vladimir Putin, istər Volodimir Zelenski, istərsə də bu mövzuda cənab Tramp və Avropa ölkələrinin liderləri ilə görüşlərimiz davam edir. Bazar ertəsi saat 16:00 radələrində cənab Tramp ilə də görüşümüz olacaq. Rusiya–Ukrayna məsələlərini, eyni zamanda Fələstinlə bağlı mövzuları müzakirə etmək imkanımız olacaq” - deyə Ərdoğan vurğulayıb.

Məlumata görə, görüşdə ABŞ-ın Venesuela ilə bağlı son addımları, o cümlədən ölkə Prezidenti Nikolas Maduro və onun ailəsi ətrafında baş verən hadisələr də gündəmdə olacaq. Vaşinqtonun Karakasla bağlı siyasəti və regional təhlükəsizlik məsələlərinin də liderlərin diqqət mərkəzində olacağı bildirilir.

Mövzuya görə xəbərlər