Son dəqiqə

TBMM Türkiyənin Ədliyyə Nazirliyi Yılmaz Tunc kibercinayətkarlıq Kiberhücumlar Türkiyəyə qaytarılan cinayətkarlar kiberzorakılıq TBMM komissiyası TBMM hüquqi dəyişikliklər

Türkiyədə 11-ci Məhkəmə Paketi qəbul olundu: 12 qanunda dəyişiklik nəzərdə tutulur

BAKI,AzerVoice, Nailə Babazadə

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç bildirib ki, TBMM Ədliyyə Komitəsində qəbul edilən 11-ci Məhkəmə Paketi ümumilikdə 12 müxtəlif qanunda dəyişiklik nəzərdə tutur və 38 maddədən ibarətdir.

AzerVoice xəbər verir ki, nazir Tunç sosial media hesabında açıqlama verib.

“Türk Cəza Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında” qanun təklifinin komitədə qəbul edildiyini xatırladıb və paketdə əhəmiyyətli hüquqi islahatların yer aldığını vurğulayıb.

Tunç qeyd edib ki, paket ədalətə çıxışın asanlaşdırılması, uşaqların cinayətdən qorunması, onlara yönəlmiş cinayət qruplarına qarşı mübarizənin gücləndirilməsi, yol təhlükəsizliyinə təhdid yaradanlara qarşı sanksiyaların artırılması və cəza ədaləti sisteminin daha da təkmilləşdirilməsini hədəfləyir.

Nazir həmçinin kibercinayətkarlıq və dələduzluğa qarşı daha təsirli mexanizmlərin yaradıldığını, eləcə də ictimai təhlükəsizliyi pozan silahlı şənliklərin qarşısını almağa yönəlmiş yeni tədbirlərin paketin tərkib hissəsi olduğunu bildirib.

Yılmaz Tunç, təklifin qəbul olunması prosesində əməyi olan bütün millət vəkillərinə təşəkkür edib.

Mövzuya görə xəbərlər